...

Prezident İlham Əliyev və xanımı "Formula 1" Avropa Qran Prisi yarışına baxıblar (FOTO)

Siyasət Materials 19 İyun 2016 17:08 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Formula-1 Avropa Qran-prisinin açılış mərasiminə və final yarışına baxıblar.
Prezident İlham Əliyev və xanımı "Formula 1" Avropa Qran Prisi yarışına baxıblar (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Formula-1 Avropa Qran-prisinin açılış mərasiminə və final yarışına baxıblar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yarışın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olublar.

“Formula One Management”in prezidenti Berni Ekklstoun məlumat verib ki, böyük bir ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula-1 rəhbərliyinin ofisləri, eləcə də 22 iştirakçının hər biri üçün 2 ədəd olmaqla 44 dayanacaq tikilib.

İkinci mərtəbə Paddok klubun üzvləri üçün nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını da rahatlıqla izləyirlər. Yarışın startı və finişi məhz bu ərazidə yerləşir.

Qran-prinin startından əvvəl Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qırx nəfərdən ibarət gənc kollektivi dövlət himnini ifa edib. Sonra Formula-1 Avropa Qran-prisinin final mərhələsinə start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti