...

Putin: "Rusiya Azərbaycanla bütün istiqamətlər üzrə gələcək əməkdaşlığa ümid edir"

Siyasət Materials 20 İyun 2016 18:37 (UTC +04:00)
Rusiya Azərbaycanla əməkdaşlığın bütün istiqamətləri üzrə gələcək işə ümid edir.
Putin: "Rusiya Azərbaycanla bütün istiqamətlər üzrə gələcək əməkdaşlığa ümid edir"

Bakı. Elmira Tariverdiyeva – Trend:

Rusiya Azərbaycanla əməkdaşlığın bütün istiqamətləri üzrə gələcək işə ümid edir. Trend-in “Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün əvvəlində deyib.

V.Putin bildirib: "Hansı problem üçün toplaşdığımız məlumdur, bu, əvvəlki illərdən bizim dövrümüzə qədər qalmış Qarabağ problemidir. Lakin mən görüşümüzdən istifadə edərək ikitərəfli münasibətlərimiz haqqında danışmaq istərdim və hər şeydən əvvəl, yenicə başa çatmış Sankt-Peterburq beynəlxalq iqtisadi forumu fonunda qeyd etmək istərdim ki, bizə məlum səbəblər üzündən, təəssüf ki, əmtəə dövriyyəsində müəyyən tənəzzül müşahidə edirik".

Onun sözlərinə görə, hər iki lider bu səbəbləri bilir: "Əmtəə dövriyyəsinin azalmasına səbəb enerjidaşıyıcıların qiymətinin azalması, həmçinin valyutaların məzənnə fərqi olub".

Bundan başqa, V.Putin ikitərəfli əməkdaşlığın humanitar aspektlərini də müzakirə etmək niyyətində olduğunu bildirib: “Azərbaycanda rus dilinin öyrənilməsinə qayğı ilə yanaşıldığını, bizim ali məktəblərimizin filiallarının uğurla fəaliyyət göstərdiyini bilirik. Biz bütün bunları yüksək qiymətləndiririk və ümid edirəm ki, gələcəkdə bu cür işlər bütün istiqamətlər üzrə davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti