...

Səfir: "ABŞ prezidentlərin Sankt-Peterburq görüşündə əldə olunan müsbət tendensiyanı alqışlayır"

Siyasət Materials 22 İyun 2016 20:40 (UTC +04:00)
“Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündə əldə olunan müsbət tendensiyanı alqışlayırıq”.
Səfir: "ABŞ prezidentlərin Sankt-Peterburq görüşündə əldə olunan müsbət tendensiyanı alqışlayır"

Bakı. Elçin Mehdiyev - Trend:

“Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündə əldə olunan müsbət tendensiyanı alqışlayırıq”.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir bildirib ki, əldə olunmuş müsbət irəliləyiş ABŞ-ın və Minsk qrupunun digər həmsədrlərinin köməkliyi ilə Vyanada keçirilmiş görüşün davamı kimi xarakterizə olunur:

“Minsk qrupunun həmsədri olan ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar ki, burada da başlıca məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti