...

Maliyyə nazirinin yeni müavini təyin olunub (YENİLƏNİB)

Siyasət Materials 28 İyun 2016 12:33 (UTC +04:00)
Azərbaycan maliyyə nazirinin yeni müavini təyin olunub.
Maliyyə nazirinin yeni müavini təyin olunub (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan maliyyə nazirinin yeni müavini təyin olunub.

Trend Maliyyə Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Zamin oğlu Hüseynov Azərbaycan maliyyə nazirinin müavini təyin olunub.

Emin Hüseynov 1974-cü ildə anadan olub. Sumqayıt şəhər 25 saylı orta məktəbi qızıl medalla və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra 1996-98-ci illərdə ABŞ-ın Florida Ştatı Universitetində iqtisad üzrə, 2008-2009-cu illərdə isə nüfuzlu Harvard Universitetində dövlət idarəetməsi üzrə magistr dərəcəsi alıb.

İqtisad elmləri üzrə fəlsəfə doktorudur. Uzun müddət Dünya Bankında, Beynəlxalq Valyuta Fondunda, Azərbaycan Respublikası Mərkəzi Bankında çalışıb. 2013-cü ildən son təyinata qədər “ADA” Universitetində elmi işlər və strategiya üzrə prorektor kimi fəaliyyət göstərib.


Ailəlidir və 3 övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti