...

Prezident İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul edib

Siyasət Materials 14 Avqust 2016 20:12 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əlaqələrimizin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, iki ölkənin dövlət başçılarının görüşü zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasının əlaqələrimizin müxtəlif sahələrini əhatə edən məsələlərin, həmçinin regional təhlükəsizlik məsələlərinin həllinə imkan verəcəyi qeyd olunmuşdu.

Dövlətimizin başçısı dedi ki, bu yaxınlarda Rusiyada keçirilən Beynəlxalq Ordu Oyunlarında Azərbaycan komandasının ilk dəfə çıxış etməsini nəzərə alsaq, nəticəni uğurlu hesab etmək olar. Azərbaycan Prezidenti Rusiya komandasının həmin oyunlarda qələbəsi münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin Azərbaycana səfərinin və səfər zamanı Prezident İlham Əliyev ilə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğuladı.

Sergey Şoyqu Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin Rusiyada keçirilən Beynəlxalq Hərbi Oyunlarda fəal iştirakını məmnunluqla qeyd etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti