...

Siyavuş Novruzov: Müsavat Partiyasının mitinqində Azərbaycanın inkişafına qara yaxan çıxışlar oldu

Siyasət Materials 18 Sentyabr 2016 17:41 (UTC +04:00)
Müsavat Partiyasının mitinqi qanun pozuntusu ilə keçdi
Siyavuş Novruzov: Müsavat Partiyasının mitinqində Azərbaycanın inkişafına qara yaxan çıxışlar oldu

Bakı. Elçin Mehdiyev - Trend:

Müsavat Partiyasının mitinqi qanun pozuntusu ilə keçdi.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Müsavat Partiyasının bugünkü mitinqi Seçki Məcəlləsinə və "Sərbəst toplaşmaq haqqında" qanuna uyğun deyildi və qanun pozuntusu ilə keçdi: “Bunu deməyə oradakı insanların çıxışı əsas verir. Mitinqdə çıxış edənlər həm referenduma toxundular, həm də digər şəxslərin hüquq və azadlıqlarını pozdular".

O qeyd edib ki, mitinqə çox az sayda adam gəlmişdi: “Onlar da mitinq təşkikatçılarının yaxın adamları idilər”.

Millət vəkili əlavə edib ki, mitinqdə həqiqətəuyğun olmayan, Azərbaycanın bugünkü inkişafına qara yaxan çıxışlar da oldu: “Halbuki hamı şahiddir ki, Azərbaycan bu gün həm xarici, həm də daxili siyasətini Azərbaycan xalqının mənafeyinə uyğun aparır".

Xəbər lenti

Xəbər lenti