...

Elmar Məmmədyarov Nyu-Yorkda işgüzar səfərdədir

Siyasət Materials 19 Sentyabr 2016 11:09 (UTC +04:00)
BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərində işgüzar səfərdədir.
Elmar Məmmədyarov Nyu-Yorkda işgüzar səfərdədir

Bakı. Trend:

BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərində işgüzar səfərdədir.

XİN-dən Trend-ə verilən məlumata görə, səfər əsnasında xarici işlər naziri E.Məmmədyarovun BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı, sessiya çərçivəsində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə görüşü, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə dövlətlərinin 8-ci Nazirlər toplantısı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası, Türk Şurası Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası, BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər görüşü və digər toplantılarda iştirakı və çoxsaylı ikitərəfli görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti