Bakı. Maksim Tsurkov - Trend:
Noyabrın sonunda, dekabrın əvvəlində Rusiya və Azərbaycan parlamentlərarası komissiyasının növbəti ikitərəfli iclasının keçirilməsi planlaşdırılır.
Bunu Trend-ə MDB Parlamentlərarası Assambleyasının (PA) Müşahidə missiyasının rəhbəri İlyas Umaxanov deyib.
Onun sözlərinə görə, ictimai-siyasi xadimlərdən, elm, təhsil, incəsənət, mədəniyyət nümayəndələrindən ibarət geniş tərkibli Rusiya nümayəndə heyəti sentyabrın 29-30-da V Bakı Beynəlxalq Humanitar Forumun işində iştirak edəcək.
İ.Umaxanov qeyd edib ki, ən tez bir vaxtda, ola bilsin gələn ilin əvvəlində MDB Parlamentlərarası Assambleyasının sədri Valentina Matviyenkonun Azərbaycana səfəri baş tutsun.