Bakı. Trend:
Azərbaycanın Almaniyadakı səfirliyində səsvermə başa çatıb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Azərbaycan Respublikasında keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 32 saylı referendum məntəqəsindəki səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
Səsvermədə Almaniyada daimi və müvəqqəti yaşayan 547 Azərbaycan vətəndaşı iştirak edib.