Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan hazırda 125 hərbi məmulatın yaradılması istiqamətində təcrübə-konstruktor işlərini uğurla davam etdirir. Trend-in məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisində deyib.
O bildirib ki, dost və tərəfdaş ölkələrlə əməkdaşlıq nəticəsində ölkəmizin təhlükəsizliyini təmin etmək üçün hərbi texnika, silah və sursat istehsal edən müəssisələrimiz tamamilə yenidən qurulub: “Müəssisələrimiz Azərbaycan Silahlı Qüvvələrinin tələbatını ödəmək iqtidarına sahib olub. Bu gün müəssisələrimiz dünya və NATO standartlarına cavab verə biləcək məhsul istehsal etmək qabiliyyəti əldə edib”.