...

Səməd Seyidov: Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə, təzyiqlər də bir o qədər çox olacaq

Siyasət Materials 3 Oktyabr 2016 12:23 (UTC +04:00)
Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə və xalqımızın maraqlarını əks etdirirsə, ölkəmizə qarşı təzyiqlər də bir o qədər çox olacaq. Biz buna hazır olmalıyıq.
Səməd Seyidov: Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə, təzyiqlər də bir o qədər çox olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə və xalqımızın maraqlarını əks etdirirsə, ölkəmizə qarşı təzyiqlər də bir o qədər çox olacaq. Biz buna hazır olmalıyıq".

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bəzi ölkələrin “demokratiya pərdəsi” altında Azərbaycana təzyiq göstərməsinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, belə təzyiqlərin arxasında dayanan birinci amil Azərbaycanın müstəqil olmasıdır:

"Referendumun keçirilməsinin əsas məqsədlərindən biri də məhz dünyada baş verən və baş verə biləcək yeni təhlükələr, çağırışlarla bağlıdır. O təhlükələrdən ən vacib olanı, təhlükəli məsələlərdən biri müstəqil siyasət aparan ölkələrə təzyiqlərin göstərilməsidir. Biz bunu Avropada, Yaxın Şərqdə gördük. Bu yaxınlarda isə Türkiyədə gördük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti