...

Məhkəmənin səlahiyyəti Vergilər Nazirliyinə verildi

Siyasət Materials 30 Sentyabr 2016 16:38 (UTC +04:00)
Məhkəmənin səlahiyyəti Vergilər Nazirliyinə verildi

Bakı. Elçin Mehdiyev – Trend:

Vergilər Nazirliyinə yeni səlahiyyət verilib. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudiyyətin götürülməsi barədə vergi orqanları qərar qəbul edəcək.

Hazırda qüvvədə olan maddəyə əsasən isə bu məhdudiyyətin aradan qaldırılması üçün vergi orqanları iki iş günü ərzində məhkəməyə müraciət etməlidir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti