...

Azİz: Ermənistanın sözdə yəhudi icmasının Papaya müraciəti Yerevanın növbəti təxribatıdır

Siyasət Materials 30 Sentyabr 2016 18:38 (UTC +04:00)
Roma Papasına qarşı çağırışa imza atan Ermənistanın sözdə yəhudi icmasının nümayəndələri Azərbaycan əleyhinə növbəti təxribat törədərək faktları saxtalaşdırıblar.
Azİz: Ermənistanın sözdə yəhudi icmasının Papaya müraciəti Yerevanın növbəti təxribatıdır

Bakı. Səba Ağayeva - Trend:

Roma Papasına qarşı çağırışa imza atan Ermənistanın sözdə yəhudi icmasının nümayəndələri Azərbaycan əleyhinə növbəti təxribat törədərək faktları saxtalaşdırıblar. Bunu Trend-ə İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının ("Azİz") nümayəndəsi Vahid Bayramov deyib.

O bildirib: "Bizim "çoxəzablı" qonşularımız Fransiskin səfərini normal qəbul edə bilmirlər və buna görə növbəti təxribata əl atıblar. Belə ki, təcili olaraq Azərbaycandan olan qaçqınların qondarma qurultayını yaradıblar".

V. Bayramovun sözlərinə görə, onların kimdən qaçdığı tam aydın deyil: "Axı yəhudilər əsrlər boyu qonaqpərvər Azərbaycan xalqı ilə yanaşı yaşayıblar və yaşamağa davam edirlər. Azərbaycan yəhudiləri ölkədə antisemitizmin heç bir təzahürü ilə heç vaxt qarşılaşmayıb. Niyə Roma Papasına müraciət imzalayanların arasında "Azərbaycandan qaçmış" rus icmasının nümayəndələri yoxdur? Cavab sadədir - yəhudilər kimi ruslar da yoxdur".

O əlavə edib ki, ermənilər sadəcə növbəti dəfə ölkədə yaşayan digər millətlərin nümayəndələri ilə Azərbaycan xalqı arasında nifaq salmaq və Azərbaycanın nüfuzunu ləkələmək üçün uğursuz cəhd göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti