...

Əli Həsənov Türkiyədə bir sıra görüşlər keçirib (FOTO)

Siyasət Materials 25 Oktyabr 2016 21:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə səfərdə olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün bir sıra görüşlər keçirib.
Əli Həsənov Türkiyədə bir sıra görüşlər keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə səfərdə olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün bir sıra görüşlər keçirib.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, Baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti