...

Səfir: Multikulturalizm Azərbaycanın dövlət siyasətidir

Siyasət Materials 3 Noyabr 2016 13:44 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyev tərəfindən başladılan və Prezident İlham Əliyevin davam etdirdiyi ölkənin milli inkişaf strategiyası sayəsində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən və stabil dövlətə çevrilib.
Səfir: Multikulturalizm Azərbaycanın dövlət siyasətidir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Ümummilli lider Heydər Əliyev tərəfindən başladılan və Prezident İlham Əliyevin davam etdirdiyi ölkənin milli inkişaf strategiyası sayəsində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən və stabil dövlətə çevrilib. Trend-in məlumatına görə, bu sözləri “The Asian” agentliyinə müsahibəsində Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov deyib.

Səfirin sözlərinə görə, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi layihələr təkcə Azərbaycan üçün deyil, ümumilikdə bütün region üçün böyük əhəmiyyət daşıyır.

R.Teymurov deyib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi meqalayihələr, “Şahdəniz” yatağının işlənilməsi, eləcə də TAP və TANAP kimi layihələrin reallaşdırılması bütün regionda iqtisadi və geosiyasi vəziyyəti dəyişib.

Son 25 il ərzində Azərbaycan özünü beynəlxalq arenada stabil multikultural cəmiyyət kimi təqdim edə bilib.

Diplomat bildirib ki, Şərq və Qərb arasında təkcə coğrafi deyil, həm də mədəni körpü olan Azərbaycanda multikulturalizm dövlət siyasətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti