Bakı. Trend:
Azərbaycan ilə İsrail arasında möhkəm münasibətlər, yaxın dostluq var.
Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündə deyib.
Baş nazir qeyd edib: "İkinci dəfə burada olmağıma şadam. Azərbaycan ilə İsrail arasında, Azərbaycan xalqı ilə yəhudi xalqı arasında möhkəm münasibətlər, yaxın dostluq var. Siz tolerantlıq, inklüzivlik ənənəsini qoruyub saxlamısınız. Yəhudilər özlərini burada çox rahat hiss edirlər. Sizinlə bizim aramızda ortaq dəyərlər var".
B.Netanyahu bildirib ki, Azərbaycanda yaşayan minlərlə yəhudi xalqlarımız arasında körpü rolunu oynayır: "Ona görə də bizim müzakirə ediləsi çox məsələlərimiz var. Mən xalqlarımızın rifahının artırılması, hökumətlərimiz arasında bir çox sahələrdə - ticarət, texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsinin müzakirə olunmasını səbirsizliklə gözləyirəm".