...

Qazaxıstanda 20 yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTO)

Siyasət Materials 19 Yanvar 2017 19:43 (UTC +04:00)
Atırau vilayətində 20 yanvar şəhidlərinin anım mərasimi keçirilib.
Qazaxıstanda 20 yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Yanvarın 18-də 2017-ci il tarixində Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsuluğunun konsul dairəsinə daxil olan Atırau vilayətində vilayətdə fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyəti tərəfindən 20 yanvar şəhidlərinin anım mərasimi keçirib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində fəaliyyət göstərən “Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi”ndə təşkil olunmuş tədbirdə Qazaxıstan Xalqları Assambleriyasının Atırau vilayət rəhbərinin müavini Şovkenova Gülmira Muslimovna, vilayətdə yaşayan digər milli-mədəni cəmiyyətlərin rəhbərləri, universitetin müəllim və tələbələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra azərbaycanlıların “Novruz” milli-mədəni cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar faciəsinin baş vermə səbəbləri haqqında məlumat verib. O, 1990-cı ilin 20 yanvarında Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi nəticəsində baş vermiş faciə haqqında məlumat verib.

Qazaxıstan Xalqları Assambleriyasının Atırau vilayət rəhbərinin müavini Şovkenova Gülmira Muslimovna, Qazaxıstan Xalqları Assambleriyasının Atırau vilayəti “Dostluq evi”nin direktoru Amanturlina Tamara Uteqenovna, Atırau vilayətindəki çeçen-inquş diasporunun sədri Zurubayev Zelimxan Asabaliyeviç çıxış edərək, bu faciənin təkcə azərbaycanlıların deyil, həm də digər xalqların da faciəsi olduğunu vurğulayıb və bu faciədə Azərbaycan xalqının yanında olduğlarını qeyd ediblər.

Çıxışlardan sonra 20 Yanvar faciəsi ilə bağlı film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti