Los Ancelesdə Qara Yanvar faciəsinin qurbanları anılıb (FOTO)

Los Ancelesdə Qara Yanvar faciəsinin qurbanları anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda Qara Yanvar faciəsinin ildönümü ilə əlaqədar geniş tədbir keçirilib.

Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, tədbir “Qəhrəmanlıq nümunələri: Cəsarət və şərəflə öz ölkənə xidmət etmək” devizi altında Los Ancelesdəki Azərbaycan icması ilə birgə təşkil olunub.

Qeyd edək ki, tədbir 20 Yanvar şəhidlərini ehtiramla anmaqla yanaşı, azərbaycanlıların tarixən yaşadıqları ölkələrdə göstərdikləri böyük fədakarlıqlara həsr olunub. Bu səpkidə, Kaliforniyada yaşamış və 2005-ci ildə İraqda qəhrəmancasına həlak olmuş ABŞ ordusunun Azərbaycan əsilli əsgəri Murad Rəhimov da tədbir iştirakçıları tərəfindən yad olunub və ona həsr olunmuş “Mənim kiçik qardaşım” sənədli filminin premyerası keçirilib.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri açaraq, Qanlı Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı şanlı mübarizə tarixindəki önəmindən bəhs edib. Diplomat qeyd edib ki, həmin hadisələr zamanı sovet qoşunları tərəfindən böyük sayda günahsız insan amansızcasına qətlə yetirilib. Baş konsul Ümummilli Lider Heydər Əliyevin faciədən dərhal sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə getdiyini, burada qətliamı kəskin şəkildə pislədiyini, bu çıxışın Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini daha da alovlandırdığını bildirib. SSRİ rəhbəri Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı cinayətlərindən danışan baş konsul, Qara Yanvar faicəsindən 9 ay sonra M.Qorbaçova Nobel Sülh Mükafatının verilməsinin böyük bir ədalətsizlik olduğunu diqqətə çatdırıb.

N.Ağayev, həmçinin Azərbaycanın üzləşdiyi faciələrin Qara Yanvar ilə bitmədiyini qeyd edərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətindən bəhs edib. Baş konsul qeyd edib ki, bütün bu faciələr və çətnliklər Azərbaycanı öz müstəqillik yolundan döndərə bilməyib. O bildirib ki, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra əsası qoyulmuş inkişaf və dirçəliş siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan sabitlik və inkişaf adasına çevrilib.

Sonra baş konsul azərbaycanlıların sadəcə öz doğma vətənlərində deyil, yaşadıqları müxtəlif ölkələrdə də öz cəsarət və rəşadətləri ilə seçildiklərini, daim xeyirxah və fədakar vətəndaş nümunəsi göstərdiklərini qeyd edib. Diplomat bu baxımdan Azərbaycan əsilli amerikalı hərbçi Murad Rəhimovun da məhz bu gün, Qara Yanvar faciəsi zamanı həlak olmuş doğma soydaşları ilə birgə yad olunmasının əlamətdar olduğunu bildirib.

Daha sonra söz Los Ancelesdə yaşayan Azərbaycan icmasının fəallarından Kimiya Məmmədovaya verilib. İcma fəalı qeyd edib ki, Azərbaycan mənşəli amerikalılar öz tarixi vətənləri olan Azərbaycanı daim qəlblərində yaşatmaqla yanaşı, ABŞ vətəndaşı kimi buradakı öhdədliklərini də daim böyük həssaslıq və fədakarlıqla yerinə yetirirlər. O, M.Rəhimovun belə nümunəvi vətəndaşlardan olduğunu bildirərək, onun qəhrəmanlığına ABŞ ictimaiyyətinin dərin rəğbət göstərdiyini qeyd edib.

M.Rəhimovun ailə üzvlərinin də iştirak etdiyi tədbir Qara Yanvar faciəsinə dair Baş Konsulluğun hazırladığı sənədli filmin və M.Rəhimova həsr olunmuş “Mənim kiçik qardaşım” sənədli filminin nümayişi ilə davam edib. Filmlərdən sonra Azərbaycan icmasının fəallarından musiqiçi Vahid Bayatın tarda milli muğamlarımızdan səsləndirdiyi nümunələr və gənc müğənni Cəmil Məmmədlinin ifa etdiyi həzin mahnılar tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Sonda təbdir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi ilə tanış olublar.

“Azərkosmos”un xidmət ixracından gəliri 40 milyon dollara yaxınlaşıb
“Azərkosmos”un xidmət ixracından gəliri 40 milyon dollara yaxınlaşıb
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
Loading Bars
Xəbər lenti
Ombudsman Səbinə Əliyeva İtaliyaya rəsmi səfər edib
İran-Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib
23 ölkədə koronavirusun "omikron" ştammına yoluxma halları qeydə alınıb - ÜST
Bakıda ikimərtəbəli evdə partlayış olub
Ermənipərəst dairələrin maliyyələşdirdiyi "siyasi mühacirlər" "Qarabağ"ın matçına təxribatlar hazırlayır
Türkiyədə son sutkada koronavirusdan 24 113 nəfər sağalıb
"Petkim" xaricdə 350-dən çox müştəri portfelinə malikdir
Qazaxıstan səfiri helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir
Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
Oqtay Gülalıyev sağdır, səhhəti yaxşıdır - Oğlu
DGK büdcə öhdəliyinə 111 faizdən çox əməl edib
Bu gun razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur - DİN
Qazi Universiteti, AzTU və MDU üçtərəfli işbirliyi çərçivəsində elmi seminar keçirilib (FOTO)
UNEC İqtisadi Forumun birinci günü uğurla başa çatıb (FOTO)
Mərkəzi Bankın valyuta ehtiyatları 10 faizdən çox artıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 795 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun növbəti iclası keçirilib
ABB-də cəmi 13%-lə kredit fürsəti!
ABŞ səfiri Tərtərə səfər edib (FOTO)
Azərbaycan və Ermənistanın xarici işlər naziri İsveçdə görüşəcək
AzTV DSX-nin helikopterinin qəzaya uğraması ilə əlaqədar olaraq efir proqramında dəyişiklik edib
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Dekabrın 2-nə USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Helikopter qəzası ilə bağlı yayılan şayiələr - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Ölkədə ilk özəl kiber təhlükəsizlik R&D mərkəzinin açılışı oldu (FOTO)
Daha bir qrup qazi 4-cü nəsil elektron protezlə təmin edildi (FOTO)
ABŞ-ın MLI İnstitutu Azərbaycana daha 8 minaaxtaran it göndərib (FOTO)
Almaniyada İkinci Dünya müharibəsindən qalan bomba partlayıb, yaralılar var
Helikopter qəzasında yaralanan hərbçilər hadisə anından danışdı (FOTO/VİDEO)
Bakıdakı böyük xəstəxanaların tibb işçiləri həkim çatışmazlığı olan yerlərə təhkim ediləcək
Avrokomissiya Aİ ölkələrini səyahət məhdudiyyətlərinin tətbiqinə hazır olmağa çağırıb
Bakıda qanunsuz aksiya keçirilməsinin qarşısı alınıb - DİN
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
Bərdədə güclü külək binanın damını uçurub (FOTO)
Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu xətti yenidən qurulur (FOTO)
Türkiyənin AFAD nümayəndə heyəti Azərbaycanda səfərdədir
UNEC İqtisadi Forumu 2021: Nobel mükafatı laureatı Aziz Sancar alimlərlə görüşüb (FOTO)
Bu il Azərbaycanda 654 nəfər QİÇS-ə yoluxub
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
Azərbaycanda 2018-ci illə müqayisədə ötən il QİÇS-dən ölənlərin sayı 2 dəfədən çox azalıb
Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsul satışının genişləndirilməsinə dəstək Qaydası təsdiqləndi
Helikopter qəzasının səbəbini bilmədən müxtəlif versiyalar səsləndirmək ordunun imicinə zərbə vurmaqdır - Hərbi ekspert
Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi təyin edilib
Ötən ay işğaldan azad olunan ərazilərdən 610 mina aşkarlanıb
Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlandı
Dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Almaniyanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib
Ombudsman Aparatının əməkdaşları şəhidlərlə vida mərasimində iştirak ediblər
Bakı metropolitenində dizel stansiyası fəaliyyətə başlayıb - Özəl (FOTO)
Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri görüşəcək
STAR Zavodu 28 fərqli növ xam neftin testini edib
Bakıda restoranda yanğın olub
"Omikron" daha bir ölkədə aşkar olundu
Hakimliyə namizədlər üçün imtahan keçirilib
"Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir (FOTO)
AHİK onun barəsində mətbuatda dərc olunan əsassız iradlara cavab verdi
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib (FOTO)
DSX-nin şəhid hərbçiləri II Şəhidlər Xiyabanında dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
AccessBank-dan illik 14%-lə nağd kredit!
Star zavodu Türkiyənin işlənmiş neft məhsulları ehtiyacının təxminən 25%-ni qarşılayır - Baş icracı direktor
Gürcüstanın xarici işlər naziri Azərbaycana başsağlığı verib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb
Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı proqram hazırlanır - Zaxarova
Kırıkkale Universitetinin və Atatürk Universitetinin professorları Gəncə Dövlət Universitetinə səfər ediblər (FOTO)
Sabunçuda bir nəfəri qətlə yetirən, digərini yaralayan şəxslər həbs edilib
Macarıstan azərbaycanlı tələbələr üçün təqaüd proqramına start verib
"Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək
Allahşükür Paşazadə DSX-nin şəhid hərbçilərinin ailələrinə başsağlığı verib
Gürcüstan səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib
Təl-Əviv dünyanın ən bahalı şəhəri olub
Taksi sürücüsünə qarşı soyğunçuluq edən “müştəri” saxlanılıb (VİDEO)
Laçında hava limanının tikintisi bölgənin beynəlxalq statusunu artıracaq - Səttar Möhbalıyev
“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
Onların hər biri şəhidlik zirvəsinə ucalaraq vətənimizin başını uca etdilər - Elçin Quliyev
Metronun “Xocəsən” stansiyasında tikinti-quraşdırma işləri tamamlanır (FOTO)
Bəzi şəxslər helikopter qəzasından siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd göstərirlər - Kamran Əliyev
Metronun daha bir deposunun inşasında birinci mərhələ davam edir (FOTO)
Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir - Tamam Cəfərova
Bakıda metro stansiyası yaxınlığındakı yanğın söndürülüb
Putinlə Ərdoğan arasında telefon danışığı olacaq
Sabah hava necə olacaq?
Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə aşkar edilib (FOTO)
AQTİ ictimai iaşə sahəsində çalışan mütəxəssisləri təlimə dəvət edir
Bərdə sakinlərindən “patı” götürülüb (FOTO)
"Omikron" ştammının mutasiyaları mövcud vaksinlərə qarşı dayanıqlı ola bilər - CDC
Bakıda yaşayış binasındakı yanğın söndürülüb
"Qarabağ" futbol klubuna qarşı daha böyük təxribat hazırlanır - TƏFƏRRÜAT
Yaxın saatlarda hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Helikopter qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirildi (FOTO/VİDEO)
Bakıda universitetin qarşısında kütləvi dava olub, 2 nəfər bıçaqlanıb
Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666-ı azad edilib - İdarə rəisi
Helikopter qəzasından sağ çıxan hərbçilər danışdı (VİDEO)
İki nəfər Vətən müharibəsi iştirakçısı Amnistiya aktı ilə cəzadan azad edildi
Helikopter qəzasında şəhid olanların cənazələri vida mərasimi üçün yola salınıb (FOTO/VİDEO)
Daha 60-a yaxın məhkuma Amnistiya aktı şamil olunub (FOTO)
Dekabr ayında hava necə olacaq? - AÇIQLAMA
Dənizçilərə sertifikatların verilməsi prosesi sadələşdirilib
Bütün xəbərlər