...

Amerikalı ekspert: Azərbaycan Prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı təşəbbüsü tarixi addımdır

Siyasət Materials 27 Yanvar 2017 14:19 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı təşəbbüsü tarixi addımdır.
Amerikalı ekspert: Azərbaycan Prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı təşəbbüsü tarixi addımdır

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı təşəbbüsü tarixi addımdır.

Bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti, siyasi analitik Piter Teys deyib.

Ekspert əminliyini bildirib ki, Azərbaycan Maliyyə Nazirliyi və digər dövlət qurumları kəndin bərpası və sakinlərin öz evlərinə qayıtması proqramını effektiv şəkildə icra edəcək.

O deyib: “Prezidentin işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı bu qərarı təqdirəlayiqdir. Gələcəkdə buraya yatırılan vəsaitlər Azərbaycanın daxili iqtisadiyyatının inkişafına kömək edəcək”.

P.Teysin fikrincə, beynəlxalq ictimaiyyət, eləcə də Avropa İttifaqı xüsusi fondlar yaratmaqla Azərbaycana öz dəstəyini nümayiş etdirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti