...

Lev Spivak: Azərbaycan yüksək səviyyəli görüşlərin keçirilməsi üçün əlverişli platformadır

Siyasət Materials 16 Fevral 2017 17:43 (UTC +04:00)
Azərbaycan bir çoxları tərəfindən yüksək səviyyəli görüşlərin keçirilməsi üçün əlverişli platforma kimi qəbul olunur.
Lev Spivak: Azərbaycan yüksək səviyyəli görüşlərin keçirilməsi üçün əlverişli platformadır

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan bir çoxları tərəfindən yüksək səviyyəli görüşlərin keçirilməsi üçün əlverişli platforma kimi qəbul olunur.

Bu sözləri Trend-ə “İsrail-Azərbaycan” Assosiasiyasının baş direktoru Lev Spivak ABŞ və Rusiyanın Baş qərargah rəislərinin Bakıdakı görüşünü şərh edərkən deyib.

O deyib: “Azərbaycan artıq uzun zamandır ki, müxtəlif konfransları, görüşləri, tədbirləri qəbul edir və bu yolla da irəliləyir. Bunun bariz nümunəsi hər il keçirilən Qlobal Bakı forumudur”.

Onun sözlərinə görə, Azərbaycan artıq bir çoxları tərəfindən həm forumların, həm də Azərbaycanla birbaşa bağlı olmayan kiçik formatlı görüşlərin keçirilməsi üçün əlverişli platforma kimi qəbul olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti