Bakı. Elmira Tariverdiyeva - Trend:
Mehriban xanım Əliyeva bu gün Azərbaycanda mədəniyyətin, turizmin inkişafı, Azərbaycanın dünyadakı imicinin gücləndirilməsi üçün çox işlər görür.
Bunu Trend-ə “İsrail-Azərbaycan” Assosiasiyasının baş direktoru Lev Spivak Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasını şərh edərkən deyib.
L.Spivak qeyd edib ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması mükafat deyil, indiyə qədər öz təşəbbüsü ilə gördüyü işlər üçün məsuliyyətinin daha da artmasıdır:
“Onun bu vəzifəyə təyin olunması gördüyü işlərdə göstərdiyi səylərin təsdiqidir”.