...

Azərbaycanda olan Türkiyə vətəndaşları aprelin 9-dək səs verəcəklər

Siyasət Materials 22 Fevral 2017 13:19 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Türkiyədə aprelın 16-da keçirilməsi nəzərdə tutulan referendumla bağlı Azərbaycanda olan Türkiyə vətəndaşlarının səsverməsi aprelin 9-na qədər tamamlanacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, Azərbaycanda səsvermə hüququ olan 5200-dən artıq Türkiyə vətəndaşı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti