...

Prezident İlham Əliyev bir sıra ikitərəfli sənədləri təsdiq edib (YENİLƏNİB 2)

Siyasət Materials 23 Fevral 2017 19:45 (UTC +04:00)
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Maliyyə Nazirliyi arasında sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Prezident İlham Əliyev bir sıra ikitərəfli sənədləri təsdiq edib (YENİLƏNİB 2)

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi arasında Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Saziş 2017-ci il yanvarın 30-da Bakıda imzalanıb.

Dövlət Gömrük Komitəsinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Hökumətinə bildiriş göndərməlidir.

XXX

Dövlət başçısı Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Namibiya Maliyyə Nazirliyinin Gömrük və Aksiz Direktorluğu arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Saziş 2017-ci il yanvarın 30-da Bakıda imzalanıb.

Dövlət Gömrük Komitəsinə fərmanda göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Namibiya Hökumətinə bildiriş göndərməlidir.

XXX

Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Braziliya Hökuməti arasında ticarət və investisiya əməkdaşlığı üzrə Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Saziş 2016-cı il dekabrın 14-də Brazilia şəhərində imzalanıb.

İqtisadiyyat Nazirliyi fərmanda göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Hökumətinə bildiriş göndərməlidir.

XXX

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Saziş 2016-cı il dekabrın 13-də Bakıda imzalanıb.

Nazirlər Kabineti fərmanda göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməlidir.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərməlidir.

XXX

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Saziş 2016-cı il dekabrın 13-də Bakıda imzalanıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etməlidir.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərməlidir.

XXX

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Saziş 2016-cı il dekabrın 13-də Bakıda imzalanıb.

Kənd Təsərrüfatı Nazirliyi Fərmanda göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərməlidir.

XXX

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında regionlararası əməkdaşlıq sahəsində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Saziş 2016-cı il dekabrın 19-da Bakıda imzalanıb.

Nazirlər Kabineti bu Fərmanda göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməlidir.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikası Hökumətinə bildiriş göndərməlidir.

XXX

Prezident İlham Əliyev Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna mülki aviasiya hakimiyyəti orqanları arasında ICAO çərçivəsində əməkdaşlığa və ICAO orqanlarında təmsilçiliyə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Saziş 2014-cü il dekabrın 1-də Kiyevdə imzalanıb.

Dövlət Mülki Aviasiya Administrasiyası Fərmanda göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna tərəflərinə bildiriş göndərməlidir.

XXX

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Saziş 2016-cı il dekabrın 8-də Cenevrədə imzalanıb.

Dövlət Miqrasiya Xidməti bu Fərmanda göstərilən Əməkdaşlıq Sazişinin müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Əməkdaşlıq Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Miqrasiya Təşkilatına bildiriş göndərməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti