...

Novruz Məmmədov: Prezident İlham Əliyevin xarici səfərləri Azərbaycanın dünyada yerini, ona münasibəti nümayiş etdirir (YENİLƏNİB-3)

Siyasət Materials 4 Mart 2017 11:25 (UTC +04:00)
Prezident İlham Əliyevin xarici səfərləri Azərbaycanın dünyada yerini, ona münasibəti nümayiş etdirir.
Novruz Məmmədov: Prezident İlham Əliyevin xarici səfərləri Azərbaycanın dünyada yerini, ona münasibəti nümayiş etdirir (YENİLƏNİB-3)

Bakı. Səba Ağayeva - Trend:

Prezident İlham Əliyevin xarici səfərləri Azərbaycanın dünyada yerini, ona münasibəti, Azərbaycanla əlaqələrin genişlənməsinə olan ehtiyacı nümayiş etdirir.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə deyib.

N.Məmmədov qeyd edib ki, bu səfərlər həm müxtəlif beynəlxalq tədbirlər, həm də ikitərəfli münasibətlər çərçivəsində Azərbaycanla əməkdaşlığın, Azərbaycanla əlaqələrin inkişafına böyük bir ehtiyacın olduğunu nümayiş etdirir:

"Yəni dünyada Azərbaycanla əməkdaşlığa tələbat var, Azərbaycanın yeri, mövqeyi görünür. Bu nöqteyi-nəzərdən Prezidentin son səfərlərinin əhəmiyyəti çox böyükdür".

PA rəsmisi əlavə edib ki, dövlət başçısının Qətərə rəsmi səfəri zamanı iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın cari vəziyyəti, perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı və müvafiq qərarlar qəbul edildi:

"Düşünürəm ki, iki ölkə arasında bundan sonra kənd təsərrüfatı, energetika, turizm, ikitərəfli insvestisiya qoyuluşu, aviareyslərin intensivləşdirilməsi və digər sahələrdə əməkdaşlığın inkişafı üçün çox yaxşı imkanlar var. Səfər zamanı bu istiqamətlərdə müzakirələr aparıldı. Bu səfərin, müzakirələrin nəticələrini də tezliklə görəcəyik".

N.Məmmədov bildirib ki, Azərbaycan Prezidentinin qarşısına qoyduğu əsas vəzifələrdən biri də dövlətlərarası münasibətləri daha da inkişaf etdirməkdir: "Çünki indiki dövrdə dövlət öz-özünü tək təmin edə bilməz. Qarşılıqlı əlaqələr sadaladığım məsələlərin təmin olunmasına öz töhfəsini verir. Bu baxımdan İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitinin çox böyük əhəmiyyəti var idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti