...

Nazir: Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini azad etməyincə Türkiyə-Ermənistan sərhədi açılmayacaq

Siyasət Materials 11 Mart 2017 11:18 (UTC +04:00)
Türkiyə bütün qonşuları ilə yaxşı münasibət qurmağı arzulayır, lakin Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyincə Türkiyə-Ermənistan sərhədinin açılamsı mümkün deyil.
Nazir: Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini azad etməyincə Türkiyə-Ermənistan sərhədi açılmayacaq

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə bütün qonşuları ilə yaxşı münasibət qurmağı arzulayır, lakin Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyincə Türkiyə-Ermənistan sərhədinin açılamsı mümkün deyil. Trend-in məlumatına görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

Nazir bildirib: "Təəssüf ki, Ermənistan üzündən biz sərhədləri bağlamışıq. Biz bütün qonşularımızla münasibətləri inkişaf etdirmək, ticarət əlaqələri qurmaq istəyirik. Biz həmişə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi və məcbur köçkünlərin öz yerlərinə qaytarılması şərtilə sərhədlərin açılmasının mümkün olduğunu bildirmişik. Biz Ermənistana blokadadan çıxmağı və Türkiyə vasitəsilə Avropaya çıxmağı təklif etmişik".

Xəbər lenti

Xəbər lenti