Bakı. Elmira Tariverdiyeva -Trend:
Ermənistanda aprelin 2-i keçirilmiş parlament seçkilərində qayda pozuntuları müşahidə edilib. Xüsusilə səslərin satınalınması və dövlət qurumları tərəfindən əməkdaşlara və özər şirkət nümayədələrinə təzyiqlər barədə faktlar mövcuddur.
Trend-in ATƏT-ə istinadən məlumatına görə bu, beynəlxalq müşahidəçilərin bəyanatında yer alıb.
Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Heydi Hautala seçkilər prosesində pozuntuların olduğunu bildirib.