...

Lapşin tibbi müayinə edilib

Siyasət Materials 12 Aprel 2017 17:50 (UTC +04:00)
Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanda saxlanan Rusiya vətəndaşı Aleksandr Lapşinlə bağlı vəziyyəti izləməkdə davam edir
Lapşin tibbi müayinə edilib

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiyanın Bakıdakı səfirliyi Azərbaycanda saxlanan Rusiya vətəndaşı Aleksandr Lapşinlə bağlı vəziyyəti izləməkdə davam edir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O qeyd edib ki, bloqerin işi ilə bağlı istintaq müddəti iyulun 15-dək uzadılıb.

M.Zaxarova əlavə edib: “A.Lapşin tərəfindən saxlanma şəraiti ilə bağlı şikayətlər daxil olmayıb. Səfirliyin xahişi ilə A.Lapşin tibbi müayinə edilib. Biz vəziyyəti nəzarət altında saxlayırıq”.

Xəbər lenti

Xəbər lenti