...

Azərbaycan-Litva hökumətlərarası komissiyasının növbəti iclası ilin ikinci yarısı keçiriləcək (FOTO)

Siyasət Materials 25 Aprel 2017 17:14 (UTC +04:00)
Litvaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin Baş naziri Saulis Skvernyalis ilə görüşüb.
Azərbaycan-Litva hökumətlərarası komissiyasının növbəti iclası ilin ikinci yarısı keçiriləcək (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Litvaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin Baş naziri Saulis Skvernyalis ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

İqtisadi-ticarət əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanan görüşdə Hökumətlərarası birgə Komissiyanın fəaliyyətinə nəzər salınıb və bu ilin ikinci yarısında komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib. Hökumətlərarası komissiyanın gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb və iki ölkə arasında kənd-təsərrüfatı, enerji, nəqliyyat, turizm, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğu qeyd olunub.

E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb dəhlizləri barədə məlumat verib, bu layihələrin iqtisadi və vaxt baxımından üstünlüklərindən danışıb. Baltik, Qara dəniz və Xəzər dənizi hövzələrinin əlaqələndirilməsinə dair Litvanın təşəbbüsü kontekstində Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin vəd etdiyi imkanlar qeyd olunub.

Nazir, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxundu və münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxili ərazi bütövlüyü və suverenliyi çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğunu diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti