...

Səfir: Azərbaycanla Aİ arasında danışıqların nəticələrini gözləmək hələ tezdir

Siyasət Materials 27 Aprel 2017 18:08 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında danışıqlar bu həftə başlayıb və hər hansısa nəticələri gözləmək hələ tezdir.
Səfir: Azərbaycanla Aİ arasında danışıqların nəticələrini gözləmək hələ tezdir

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında danışıqlar bu həftə başlayıb və hər hansısa nəticələri gözləmək hələ tezdir.

Trend-ın məlumatına görə, bunu Niderlandın Azərbaycandakı səfiri Onno Kerversin bildirib.

Diplomat qeyd edib ki, Niderland bu danışıqlara müsbət yanaşır: "Azərbaycan Aİ ilə strateji tərəfdaşlıqda iradəlidir. Hesab edirik ki, Azərbaycan Aİ-nin vacib tərəfdaşı olduğu kimi, Aİ də Azərbaycan üçün mühüm tərəfdaşdır".

Səfir bildirib ki, danışıqlar müəyyən mandat çərçivəsində davam etdirilir. Həmin mandatın formalaşmasında Niderlandın da töhfəsi olub. Onun sözlərinə görə, danışıqlar davam etdikcə ayrı-ayrı ölkələr öz təklifini verə bilər.

Xəbər lenti

Xəbər lenti