...

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” mövzusunda konfrans keçirilib (FOTO)

Siyasət Materials 6 May 2017 13:46 (UTC +04:00)
Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” mövzusunda konfrans keçirilib.
YAP-ın  təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş konfrans iştirakçıları ilk öncə ümummilli liderin məzarını ziyarət ediblər, ulu öndərin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra konfrans işini məruzələrlə davam etdirib. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədovun, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun məruzələri dinlənilib. Konfrans digər iştirakçıların məruzələri ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti