...

Almaniya səfiri Lənkəranda olub (FOTO)

Siyasət Materials 11 May 2017 17:46 (UTC +04:00)
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Lənkəranda ikitərəfli siyasi və iqtisadi görüşlər keçirib,
Almaniya səfiri Lənkəranda olub (FOTO)

Bakı. Anaxanım Hidayətova - Trend:

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Lənkəranda ikitərəfli siyasi və iqtisadi görüşlər keçirib,

Bu barədə Trend-ə səfirlikdən bildirilib. Səfir Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb, görüş çərçivəsində tərəflər rayonun xüsusilə kənd təsərrüfatı və turizm sahələrində iqtisadi potensialı haqqında ətraflı fikir mübadiləsi aparıb.

M.Kindsqrab alman kapitalının da cəlb olunduğu "AccessBank"ın Lənkəran filialına da baş çəkib, orada diplomata bölgədəki aktual iqtisadi vəziyyət barədə məlumatlar verilib. Səfər zamanı diplomatik missiyanın başçısı Lənkəran konserv zavodunun fəaliyyəti ilə yaxından tanış olub. Eyni zamanda „Yaşıl çay“ şirkətinin alman kənd təsərrüfatı üsulu ilə fəaliyyət göstərən çay plantasiyasında şirkət sahibləri ilə çay istehsalı sahəsində inkişaf planları və artım şansları ilə əlaqədar fikir mübadiləsi aparıb.

Mixael Kindsqrab 2016-cı ilin avqust ayından Almaniyanın Bakıdakı səfiridir. Səfir Kindsqrab diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə rəsmi səfərlər hayata keçirir.

Xəbər lenti

Xəbər lenti