...

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Siyasət Materials 31 May 2017 22:57 (UTC +04:00)
Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Bakı. Trend:

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: "Dövlət bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi, sülh və firavanlıq arzularımı çatdırmaq istərdim.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən 25 il ərzində Rumıniya və Azərbaycan Respublikası yüksək səviyyəli siyasi dialoq vasitəsilə gücləndirilən, energetika, nəqliyyat, iqtisadiyyat və ticarət sahələrindəki əməkdaşlıq potensialından güc alan strateji tərəfdaşlığı inkişaf etdirmişdir.

Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasındakı strateji tərəfdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfələr verə biləcəyik.

Cənab Prezident, Sizə dərin ehtiram bəslədiyimə əmin ola bilərsiniz".

XXX

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisena:

"Zati-aliləri. Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə, ölkənizin Hökumətinə və xalqına Şri-Lanka Hökuməti və xalqı adından xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ümidvaram ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri və yaxın əməkdaşlıq ölkələrimizin qarşılıqlı mənafeyi naminə gələcək illərdə daha da güclənəcək.

Zati-aliləri, xahiş edirəm, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, şəxsi rifah, Azərbaycan Respublikasının xalqına isə davamlı inkişaf və firavanlıq arzularımı qəbul edin".

XXX

Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçitdən:

"Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına Laos xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələr xalqlarımızın maraqları, dünyada sülh və beynəlxalq əməkdaşlıq naminə daha da möhkəmlənəcək.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə müvəffəqiyyətlər, dost Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram.

Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qullehdən:

"Cənab Prezident. Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və bütün xalqınıza möhkəm cansağlığı və firavanlıq arzularımı çatdırmaq mənə şərəf və zövq verir.

Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluğun və əməkdaşlığın səviyyəsi məni çox sevindirir. Mən Sizinlə birlikdə bu münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək niyyətindəyəm.

Bayram münasibətilə Sizi bir daha ürəkdən təbrik edirəm. Ən səmimi dostluq və qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yen Namdan:

"Hörmətli cənab Prezident. İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı hərarətlə təbrik edim.

Fürsətdən istifadə edərək əminliklə bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri birgə mənafelərimizə uyğun şəkildə möhkəmlənəcək və inkişaf edəcək.

Sizə möhkəm cansağlığı arzulayır, Sizin müdrik rəhbərliyinizlə ölkənizin firavanlığı və inkişafı işində Azərbaycan Respublikasının Hökumətinə və xalqına böyük uğurlar diləyirəm".

XXX

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silvadan:

"Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Sizə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm. Qoy, Sizin ölkənizin xalqı sülh və tərəqqi içində yaşasın".

XXX

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovdan:

"Möhtərəm cənab Prezident. Milli bayram - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ölkəmizin 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi ilə türk və İslam dünyasının ilk demokratik respublikasının qurulması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, digər xalqlara da bir örnək olmuşdur.

O vaxt böyük cəsarət göstərilərək atılan addımlar bu gün Zati-aliniz tərəfindən ən yüksək səviyyədə davam etdirilməklə və liderliyinizlə Azərbaycan Respublikası hər ötən gün dünya arenasında yerini və nüfuzunu daha da möhkəmlətməkdədir.

Bizlər də tariximizdən, mədəniyyətimizdən və ən əsası Zati-alinizdən aldığımız güclə həm ölkəmiz üçün, həm də bütün türk dünyasında getdikcə əhəmiyyətini daha aydın şəkildə göstərən Türk Şurası üçün fəaliyyət göstərməkdə davam etməkdəyik.

Bu tarixi və uğurlu gün münasibətilə, hörmətli Prezidentim, Zati-alinizə ən xoş arzularımı çatdırır, bütün Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik diləyirəm".

XXX

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovdan:

"Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Mayın 28-i Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. Həmin gün Azərbaycan dövlətçiliyinin əsası qoyulub, onun xalqının azad gələcəyi qabaqcadan müəyyən edilib.

Bu gün Azərbaycan inamla və dinamik şəkildə inkişaf edir, onun vətəndaşlarının rifahı yüksəlir. Sizin rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı iqtisadi və mədəni layihələri reallaşdırır, beynəlxalq arenada öz nüfuzunu möhkəmləndirir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm".

XXX

Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayddan:

"Zati-aliləri. İcazə verin, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı və təbriklərimi çatdırım.

Estoniya ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşma ruhunda qurulmuş əla münasibətləri çox yüksək qiymətləndirir. Mən ölkələrimiz arasında əməkdaşlığın xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcəyinə əminəm.

Zati-aliləri, mənim ən yüksək ehtiramımı, eləcə də Azərbaycanın və onun xalqının rifahı və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

XXX

İraq Respublikası Nazirlər Kabinetinin sədri Heydər Əl-İbadidən:

"Zati-aliləri.

Dost Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə İraq Respublikası Hökuməti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Uca və Qadir Allahdan bu bayram münasibətilə dost xalqınıza və ölkənizə əmin-amanlıq, rifah diləyir, şəxsən Sizə işlərinizdə uğurlar və cansağlığı arzulayıram.

Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danqdan:

"Zati-aliləri cənab Prezident. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və ailənizə, eləcə də Azərbaycan Respublikasının bütün xalqına Cənubi Afrikanın Yohannesburq şəhərindən Pan-Afrika Parlamenti adından və şəxsən öz adımdan səmimi salamlarımı və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Pan-Afrika Parlamenti Afrika İttifaqının ideallarının, üzv ölkələrdə demokratiyanın və inkişafın təşviqi istiqamətində yorulmadan çalışır. Əsas məqsədimiz üzv dövlətləri qurumumuza tam parlament statusu verəcək hüquqi mexanizmlərin ratifikasiyasına yönəltməkdir.

Qoy, hər zaman Qafqaz regionunda demokratiyanın məbədi və rəmzi olan Azərbaycan dost ölkələr və təşkilatlarla insani dəyərlərini bölüşməkdə davam etsin.

Pan-Afrika Parlamenti ilə Afrika İttifaqının dost ölkələri arasında əməkdaşlığın gücləndirilməsi ən böyük arzumuzdur.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçdən:

"Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Serbiya Respublikasının Hökuməti adından və şəxsən öz adımdan ölkənizin hərtərəfli inkişafı naminə səmimi təbriklərimi və ən gözəl arzularımı çatdırmaqdan şərəf duyuram.

Arzu edirəm ki, Serbiya Respublikası və Azərbaycan Respublikası arasındakı əlaqələr daim inkişaf etsin və möhkəmlənsin. Böyük coğrafi məsafəyə baxmayaraq, dövlətlərimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri hökm sürür və bu münasibətlərin gələcəkdə də inkişafı üçün böyük potensialımız var. Səmimi qəlbdən inanıram ki, ənənəvi dostluq münasibətləri əsasında ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın gələcək inkişafı naminə birgə səylərimizi əsirgəməyəcəyik.

Zati-aliləri, səmimi salamlarımla birgə Sizə bir daha yüksək ehtiramımı bildirmək istərdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti