...

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Siyasət Materials 2 İyun 2017 23:35 (UTC +04:00)
Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanq Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Bakı. Trend:

Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanq Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Vyetnam dövləti adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı bildirməkdən şərəf duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi sahədə böyük nailiyyətlər qazanmasını, xalqınızın rifahının yüksəlməsini və ölkənizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini görməkdən məmnunluq hissi keçirirəm.

Ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi hər iki tərəf üçün müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaradır. Əminəm ki, hər iki dövlətin rəhbərliyinin siyasi iradəsi sayəsində Azərbaycan ilə Vyetnam arasında ənənəvi əməkdaşlıq münasibətləri ölkələrimizin rifahı naminə bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, investisiya sahələrində inkişaf edəcək, daha da dərinləşəcək, dünyada və regionda sülhə, sabitliyə, əməkdaşlığa töhfəsini verəcəkdir.

Azərbaycana tərəqqi, Azərbaycan xalqına xoşbəxtlik diləyirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə daha da böyük nailiyyətlər arzulayıram".

X X X

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan:

"Zati-aliləri. Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Mən ölkələrimiz arasındakı dostluğu yüksək qiymətləndirir və gələcəkdə əməkdaşlığımızın daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm. Müqəddəs Ramazan ayında ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti