...

Bakıda "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri: Gələcəyə baxış" konfransı keçirilib

Siyasət Materials 5 İyun 2017 12:55
Bu gün Bakıda “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri: Gələcəyə baxış” adlı beynəlxalq konfrans keçirilib.
Bakıda "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri: Gələcəyə baxış" konfransı keçirilib

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakıda “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri: Gələcəyə baxış” adlı beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov, millət vəkilləri, politoloqlar, Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin və Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun rəhbərliyi, bir sıra universitetlərin professorları və digər qonaqlar iştirak ediblər.

Konfrans çərçivəsində “Üçtərəfli münasibətlərdə təhlükəsizlik çağırışları”, “Üçtərəfli münasibətlərin iqtisadi və enerji aspektləri” mövzusunda panellər keçirilib və müzakirələr aparılıb.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli əməkdaşlığının böyük tarixə və təcrübəyə malik olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, son layihələrdən nəqliyyat sazişi, limanların tikintisi, gələcəkdə Çinlə nəzərdə tutulan sazişin imzalanması, Türkiyənin Mərkəzi Asiya dövlətlərinə çıxışı, Azərbaycanın Şərq-Qərb dəhlizinin inkişaf etdiriməsində rolu əməkdaşlığımız üçün yeni imkanlar yaradır:

F.Məmmədov vurğulayıb ki, bölgədə sülhün və sabitliyin təmin olunması üçün üç ölkənin əməkdaşlığı vacib əhəmiyyət kəsb edir:

“Tarix göstərir ki, bu əməkdaşlıq müstəqilliyimizi möhkəmləndirdi. Təhlükəsizliyimizin təmin olunması digər dövlətlərə qarşı yönəlməyib. Lakin xaricdə bəzi dairələr bu formatın kiməsə qarşı olduğunu iddia edirlər. Onlar bu məsələdə öz məqsədlərini güdürlər. Biz bu formatı qorumalıyıq".

Gürcüstanın Gürcüstan Stateji və Beynəlxalq Tədqiqatlar fondunun təmsilçisi Kaxa Qoqolaşvili və Türkiyə XİN yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Mesut Özcan da çıxış edərək Azərbaycan, Türkiyə və Gürcüstanın üçtərəfli əməkdaşlığının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, üç ölkənin iştirakı ilə həyata keçirilən böyük nəqliyyat və enerji və digər layihələr regionda sülhün və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verməklə yanaşı, iqtisadi inkişafın təmin edilməsinə də xidmət edir.

Daha sonra konfrans panel müzakirələri ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti