Bakı. Samir Əli - Trend:
Orduda baş verən hadisələrlə bağlı başlanmış cinayət işinin ətrafında Azərbaycan Ordusuna ləkə yaxmaq istəyən qüvvələr bəzi KİV-lərdə dövlət təhlükəsizliyimizə xələl gətirən, həqiqətə uyğun olmayan müxtəlif məlumatlar və məqalələr dərc edirlər.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.
Onun sözlərinə görə, artıq 6 media orqanına Baş prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib: "
Bütün KİV-i bu məlumatların işıqlandırılması ilə bağlı çəkindirməyə çağırıram. Azərbaycan dövləti müharibə şəraitində yaşayır. Heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan Ordusuna, onun hərbi qüdrətinə, orduda xidmət edən qeyrətli azərbaycanlı balalarımıza ləkə yaxsın. İstənilən hallar mövcud ola bilər, ancaq dövlətin qurumları bunun qarşısını alıblar. Dövlətimiz və hərbi qüdrətimiz üçün bu gün hər hansı təhlükə yoxdur".