...

George İvanov: Azərbaycan-Makedoniya əməkdaşlığı qarşıdan gələn dövrdə daha sürətlə inkişaf edəcək

Siyasət Materials 9 İyun 2017 21:05 (UTC +04:00)

Bakı. Trend:

Makedoniya Prezidenti George İvanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram. Ölkənizin daha da firavanlaşmasını, vətəndaşlarınızın rifahının yüksəlməsini səmimi qəlbdən arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında yüksək səviyyəli dostluq əlaqələrindən məmnunluğumu ifadə etmək istəyirəm. Ən yüksək səviyyədə siyasi dialoq ölkələrimizin gələcək inkişafının və əməkdaşlığının xüsusən iqtisadiyyat, enerji, mədəniyyət, elm və təhsil kimi qarşılıqlı maraq doğuran sahələrdə dərinləşməsini təmin edən əsas amillərdir. Əminəm ki, əməkdaşlığımız və əldə olunmuş siyasi əlaqələrimiz qarşıdan gələn dövrdə birgə səylərimizlə daha sürətlə inkişaf edəcəkdir.

Cənab Prezident, Sizə gələcək illərdə də uğurlu fəaliyyət, şəxsi həyatınızda xoşbəxtlik və cansağlığı arzulayıram. Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti