Bakı. Trend:
Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimlərin məqsədi Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyanı inkişaf etdirmək, birgə əməliyyatları keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Təlimlər iyunun 16-dək davam edəcək.