...

ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında iftar süfrəsi təşkil edilib

Siyasət Materials 18 İyun 2017 13:07
ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil edilib
ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında iftar süfrəsi təşkil edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil edilib.

Trend-in məlumatına görə, iftar mərasimində rəsmi şəxslər, Azərbaycandakı dini icmaların başçıları və nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçılarını və xalqımızı qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, iftar süfrəsi İslamın birliyini, bu dinin qardaşlığa və sülhə verdiyi önəmi vurğulayır. Səfir deyib ki, Birləşmiş Ştatlarda dünyanın müxtəlif yerlərindən gələn milyonlarla müsəlman yaşayır. Bunu müqəddəs Ramazan ayının qeyd olunması zamanı Amerika müsəlmanlarının nümayiş etdirdikləri ənənələrdən, onların hazırladıqları yeməklərdən də başa düşmək olar. Ramazan ayı bizə ibadət və etiqad barədə dərindən düşünmək fürsəti verən, şəfqət və xeyriyyəçilik üçün bir vaxtdır.

Səfir vurğulayıb ki, Azərbaycanın qürur duyduğu və dünya ilə geniş şəkildə paylaşıla bilən zəngin multikulturalizm və tolerantlıq tarixi var. "Azərbaycanda mövcud olan dini icmaların müxtəlifliyi ölkənin qüdrətinin mənbəyidir və mən çox şadam ki, Azərbaycan bu müxtəlifliyin qorunmasına təkan verir", - deyə R.Sekuta qeyd edib.

Diplomat deyib ki, müqəddəs Ramazan ayı dinimizdən asılı olmayaraq bizi birləşdirən sülh, şəfqət və halallıq ideyalarının yenidən təsdiqlənməsi üçün bir vaxtdır.

Sonda dualar oxunub və iftar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti