...

İlham Əliyev: Daxili və xarici siyasətimiz, iqtisadi və sosial sahələrlə bağlı təşəbbüslərimiz bəyənilir və dəstəklənir

Siyasət Materials 23 İyun 2017 14:45 (UTC +04:00)
Əlbəttə, öz məqsədimizə çatmaq üçün biz daha da güclü olmalıyıq. Əfsuslar olsun ki, indi bütün dünyada güc amili aparıcı rol oynayır.
İlham Əliyev: Daxili və xarici siyasətimiz, iqtisadi və sosial sahələrlə bağlı təşəbbüslərimiz bəyənilir və dəstəklənir

Trend-i buradan izləyin

Bakı. Trend:

Əlbəttə, öz məqsədimizə çatmaq üçün biz daha da güclü olmalıyıq. Əfsuslar olsun ki, indi bütün dünyada güc amili aparıcı rol oynayır. Əlbəttə ki, beynəlxalq hüquq da vacibdir. Çünki bu, münaqişənin hüquqi bazasını yaradır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimində çıxışı zaman deyib.

İ.Əliyev bildirib ki, ancaq güc amili əsas rol oynayır:

"Biz görürük ki, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq pozulur, tapdalanır, kim onu necə istəyirsə elə də yozur və güc amilindən istifadə edərək reallıqda vəziyyəti dəyişmək mümkün olur. Bu, bizim seçimimiz deyil, ancaq biz də real həyatda, real dünyada yaşayırıq. Məqsədimizə nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə işlər aparılır. Azərbaycan bu il gözəl iqtisadi inkişaf templəri nümayiş etdirir, beş ayın yekunları çox müsbətdir".

Dövlət başçısı qeyd edib ki, qeyri-neft sektorumuz 2 faizdən çox, qeyri-neft sənayemiz 4 faizə yaxın, ixrac 40 faizdən çox artıbdır:

"Əminəm ki, gələn il göstəricilər daha da müsbət olacaq. Biz öz fəaliyyətimizi düşünülmüş siyasət əsasında qurmuşuq. Bizim daxili və xarici siyasətimiz, iqtisadi və sosial sahələrlə bağlı təşəbbüslərimiz həm beynəlxalq aləmdə, həm də xalq tərəfindən bəyənilir və dəstəklənir. Ölkəmizdə mövcud olan əmin-amanlığın, sabitliyin əsas səbəbi də məhz bundadır. Bu gün Silahlı Qüvvələr Günü ərəfəsində biz Silahlı Qüvvələrimizin inkişafı ilə bağlı önəmli hadisəni qeyd edirik. Bu gün açılan iki sənaye müəssisəsi bizim hərbi gücümüzü daha da artıracaq və Azərbaycan quruculuq, inkişaf yolu ilə uğurla gedəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti