...

Akif Şəfiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Siyasət Materials 11 İyul 2017 18:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Akif Əli oğlu Şəfiyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Akif Şəfiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev dövlət sərhədinin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə, Akif Əli oğlu Şəfiyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı bu gün həmçinin, A.Şəfiyevin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında da sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, general-mayor A.Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti