...

Misir Prezidentinin Azərbaycana səfəri gözlənilir

Siyasət Materials 12 İyul 2017 09:14 (UTC +04:00)
Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin gündəliyində Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin yaxın vaxtlarda Azərbaycana rəsmi səfərinin təşkil edilməsi durur.
Misir Prezidentinin Azərbaycana səfəri gözlənilir

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin gündəliyində Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin yaxın vaxtlarda Azərbaycana rəsmi səfərinin təşkil edilməsi durur. Bunu Trend-ə Azərbaycanın Misirdə səfiri Tural Rzayev deyib.

Səfirin sözlərinə görə, payızda Misir Prezidentinin Bakıya səfəri ilə bağlı işlər diplomatik səviyyədə akitv şəkildə aparılacaq, belə ki, səfər ilin sonuna qədər baş tuta bilər.

T.Rzayev əlavə edib ki, belə yüksək səviyyədə səfər heç şübhəsiz ki, iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişafına böyük impuls verəcək.

Qeyd edək ki, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ötən ilin martında Bakıda keçirilən IV Qlobal Foruma dəvət olunsa da, sıx iş qrafiki səbəbindən səfəri baş tutmamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti