...

Azərbaycan Prezidenti: Hacı Cavad məscidinin yeni binasının tikintisi sürətlə getməlidir ki, yaxın aylarda bu məscid istifadəyə verilsin

Siyasət Materials 12 İyul 2017 18:31 (UTC +04:00)
Hacı Cavad məscidinin yeni binasının tikintisi sürətlə getməlidir ki, yaxın aylarda bu məscid istifadəyə verilsin.
Azərbaycan Prezidenti: Hacı Cavad məscidinin yeni binasının tikintisi sürətlə getməlidir ki, yaxın aylarda bu məscid istifadəyə verilsin

Bakı. Trend:

Hacı Cavad məscidinin yeni binasının tikintisi sürətlə getməlidir ki, yaxın aylarda bu məscid istifadəyə verilsin.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Bakı şəhərində böyük yol infrastrukturu layihələri icra edilir, yeni yollar açılır: "Bu yaxınlarda da yeni yol açılmışdır. “Sovetski” adlanan ərazidə müasir yol infrastrukturu artıq istismara verilmişdir. Eyni zamanda, o ərazidə böyük abadlıq işləri aparılır. İndi Təzəpir məscidinin önü açılıbdır, orada park olacaq. Digər tərəflərdə də ictimai yerlər yaradılacaq ki, Təzəpir məscidinin hər tərəfdən görünməsi mümkün olsun. Azərbaycan Dövlət Dram Teatrının arxasında - yol infrastrukturu yaradılan ərazidə də ictimai yerlər, parklar, bağlar, salınacaq, ağaclar əkiləcək ki, bunlar Bakı şəhəri üçün, necə deyərlər, yeni bir “ağ ciyər” olacaq. Bu ərazi yaşıllıq zonası olacaq və bu, bizə çox lazımdır".

İlham Əliyev vurğulayıb ki, son illər ərzində bir çox ictimai yerlər açılıbdır, parklar, bağlar yaradılıb: "Elə bulvarın özü böyük ictimai istirahət zonasıdır və bu proses davam etdirilməlidir. Hacı Cavad məscidinin yeni binasının tikintisi gedir, daha da sürətlə getməlidir ki, yaxın aylarda bu məscid istifadəyə verilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti