Bakı. Rufiz Hafizoğlu - Trend:
İslam Əməkdaşılıq Təşkilatı (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü İstanbulda avqustun 1-də keçiriləcək.
Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.
Bildirilir ki, xarici işlər nazirlərinin görüşü zamanı Qüdsdə israillilər və fələstinlilər arasındakı son toqquşmalar müzakirə ediləcək.