Bakı. Trend:
“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında minaatan heyətimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsini müvəffəqiyyətlə başa vuraraq beynəlxalq müsabiqənin finalına yüksəliblər.
Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, finalda Azərbaycan artilleriyaçıları ilə yanaşı, Rusiya, Belarus və Qazaxıstan komandaları da güclərini sınayacaqlar.