Prezident İlham Əliyev Alim Qasımovu "Şərəf" ordeni ilə təltif edib

Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev xalq artisti Alim Həmzə oğlu Qasımovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
A.Qasımov Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif olunub.