...

Mexikoda Dağlıq Qarabağ münaqişəsi İƏT-in əsas prioritetlərindən biri adlandırıldı (FOTO)

Siyasət Materials 16 Avqust 2017 08:38 (UTC +04:00)
Mexiko şəhərində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Səfirlər və Diplomatik missiya rəhbərləri Şurası üzvlərinin Meksika Deputatlar Palatasının sədri xanım Mariya Quadalupe Muruiya Qutyerres ilə görüşü keçirilib
Mexikoda Dağlıq Qarabağ münaqişəsi İƏT-in əsas prioritetlərindən biri adlandırıldı (FOTO)

Bakı. Trend:

Mexiko şəhərində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Səfirlər və Diplomatik missiya rəhbərləri Şurası üzvlərinin Meksika Deputatlar Palatasının sədri xanım Mariya Quadalupe Muruiya Qutyerres ilə görüşü keçirilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Meksika Birləşmiş Ştatlarında akkreditə olunmuş İƏT dövlətləri Səfirliklərinin rəhbərləri, həmçinin Meksika Xarici İşlər Katibliyinin yüksək vəzifəli nümayəndələri iştirak edib.

Görüş zamanı Meksika ilə İƏT dövlətləri arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları, tərəflər arasında aktual olan digər məsələlər müzakirə olundu. Şuranın sədri, Misir Ərəb Respublikasının Meksikada səfiri Yasir Şaban, çıxışı zamanı Deputatlar Palatasının sədrinə müraciət edərək Meksika tərəfindən İƏT üçün ən yüksək prioritet təşkil edən məsələlərdə Meksika tərəfinin davamlı dəstəyinə ümid etdiyini qeyd etdi və bu prioritetlər arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini də xüsusilə qeyd etdi.

Xatırladaq ki, İƏT tərəfindən qəbul olunmuş qətnamələrdə Ermənistanın ölkəmizə qarşı təcavüzü qəti şəkildə pislənir və Azərbaycan Respublikası ərazisinin işğalına son qoyulması tələb edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti