...

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırıb

Siyasət Materials 23 Avqust 2017 16:54 (UTC +04:00)
Səfirlikdə baş vermiş fors major vəziyyətlə əlaqədar olaraq Konsulluq şöbəsi qeyri-müəyyən müddətə bağlıdır.
Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırıb

Bakı. Trend:

Macarıstanın Azərbaycandakı səfirliyində baş vermiş fors major vəziyyətlə əlaqədar olaraq Konsulluq şöbəsi qeyri-müəyyən müddətə bağlıdır.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bu müddət ərzində Konsulluq şöbəsində sənədlərin qəbulu müvəqqəti olaraq dayandırılıb.

Bildirilir ki, qısa müddətli C vizası üçün müraciət edən ərizəçilərə viza üçün Macarıstanın Tbilisidə yerləşən səfirliyinə və ya Azərbaycanda yerləşən Şengen sazişinə üzv olan digər səfirliklərə müraciət etmək tövsiyyə olunur. Təcili olduğu halda uzun müddətli D vizası üçün müraciət edən ərizəçilər isə yalnız Macarıstanın Tbilisidə yerləşən səfirliyinə müraciət edə bilərlər.

Səfirlik ümid edir ki, yaranmış vəziyyət qısa müddətdə həllini tapacaq. Bununla bağlı hər hansı bir yeni məlumat olduğu halda, ərizəçilərə məlumat çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti