...

Azərbaycan Prezidenti San-Marino dövlət başçılarını təbrik edib

Siyasət Materials 2 Sentyabr 2017 15:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Mimma Zavoliyə və Vanessa D’Ambrosioya təbrik məktubu göndərib.
Azərbaycan Prezidenti San-Marino dövlət başçılarını təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Mimma Zavoliyə və Vanessa D’Ambrosioya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti