...

Elmar Məmmədyarov İspaniyanın yeni müvəqqəti işlər vəkili ilə görüşüb

Siyasət Materials 11 Sentyabr 2017 15:18 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkili İqnasiyo Sançez Taboadanı qəbul edib.
Elmar Məmmədyarov İspaniyanın yeni müvəqqəti işlər vəkili ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkili İqnasiyo Sançez Taboadanı qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov İqnasiyo Sançez Taboadanı müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik etdi.

İqnasiyo Sançez Taboada fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə İspaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi perspektivləri müzakirə edilərək kənd-təssürrüfatı, turizm və humanitar sahədə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd olunub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti