Prezident İlham Əliyev və xanımı Bakıdakı 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyev və xanımı Bakıdakı 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Sentyabrın 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, 20 nömrəli məktəb-liseyin əsası 1958-ci ildə qoyulub. 1988-ci ildə məktəbin daha 4 korpusu tikilib istifadəyə verilib. 2007-ci ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbin binası əsaslı şəkildə təmir edilib. Elə həmin il sentyabrın 15-də - Bilik günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məktəbdə aparılan yenidənqurma işləri ilə tanış olublar. Sonradan ərazidə əhalinin çoxalması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi zərurətə çevrilib. Bunu nəzərə alan Prezident İlham Əliyev müvafiq göstəriş verib və bu təhsil ocağı üçün əvvəlkindən daha böyük, ən müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib. Ölkəmizin ən böyük təhsil müəssisəsi olan 20 nömrəli məktəb-liseyin binası indi paytaxtın müasir və memarlıq baxımından zövq oxşayan ən yaraşıqlı binalarından biridir.

Dövlətimizin başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir. Təhsil ocağında məktəbəqədər hazırlıq sinifləri də nəzərdə tutulub. Bununla yanaşı, burada 8 sinifdən ibarət olan Məktəbəqədər Təhsil Mərkəzi də fəaliyyət göstərəcək. Hazırda məktəb 4000 şagird yerlikdir. Yenidənqurmadan əvvəl isə bu təhsil ocağı cəmi 2500 yerlik olub. Burada 145 sinif otağı və fənn kabinetləri, həmçinin 7 laboratoriya var. Azərbaycan və rus bölmələri ilə birlikdə ümumilikdə 119 sinifdə 3300 şagird təhsil alır. Təhsil ocağında 260 müəllimdən ibarət pedaqoji heyət çalışır.

Məktəbdəki Heydər Əliyev Muzeyi də eksponatlarının zənginliyi ilə seçilir. Burada Ulu Öndərin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı fotolar, sənədlər və kitablar toplanıb. Muzeydə yaradılan müxtəlif fotostendlər, nümayiş etdirilən əyani vəsaitlər Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayacaq.

Qeyd edək ki, paytaxtın bəzi təhsil müəssisələrində olduğu kimi, bu məktəbdə də “Məktəblinin dostu” layihəsi icra olunacaq. Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilkin tibbi və psixoloji yardım göstərmək, şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə mütəmadi olaraq maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Buna görə də neft gəlirləri Azərbaycanda həm də təhsilin, elmin inkişafına yönəlib.

İyirmi nömrəli məktəb-lisey üçün yeni binanın inşası bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri ilə görüşdülər, onları Bilik günü münasibətilə təbrik etdilər. Bildirildi ki, builki tədris ilində ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub. Məqsəd uşaq və gənclərə Azərbaycan Ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunan torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatların verilməsidir.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şagirdlərlə xatirə şəkli çəkdirdilər.

Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.

İyirmi nömrəli məktəb-liseydə yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.

Sonra Prezident İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşdü.

Valideyn Jalə Seyidli təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür etdi.

Sonda xatirə şəkli çəkdirildi.

3 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivi və valideynlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər(VİDEO)
3 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivi və valideynlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər(VİDEO)
Mingəçevir Dövlət Universiteti Almaniyanın Siegen Universiteti ilə birgə layihə icra edəcək
Mingəçevir Dövlət Universiteti Almaniyanın Siegen Universiteti ilə birgə layihə icra edəcək
Azərbaycan İlahiyyat İnstitutuna 2020/2021-ci tədris ili üzrə qəbul planı 100 faiz dolub
Azərbaycan İlahiyyat İnstitutuna 2020/2021-ci tədris ili üzrə qəbul planı 100 faiz dolub
Loading Bars
Xəbər lenti
ÜST koronavirusdan ölənlərin sayının 2 milyona çatacağını istisna etməyib
"TRT World" Ermənistan-Azərbaycan münaqişəsi haqqında film yaydı (VİDEO)
“Boeing 737 MAX” bu ilin sonunadək uçuşlarını bərpa edə bilər
Türkiyədə koronavirusdan sağalanların sayı 273 min nəfəri ötüb
SOFAZ bu il investisiya portfelində səhmlərin payını artırmağı planlaşdırmır
Qazaxıstanlı politoloq: KTMT-nin resursları ərazi münaqişələrində istifadə oluna bilməz
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
"Bosch" ən sürətli koronavirus testini hazırlayıb
10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib (FOTO)
3 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivi və valideynlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər(VİDEO)
"Lufthansa" mindən çox pilotu ixtisar edəcək
Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü (FOTO/VİDEO)
Ədliyyə işçiləri və məhkumlardan 13 min test götürülüb, cəmi 18 nəfərdə koronavirus aşkarlanıb
Ədliyyə Nazirliyi: Bu il 2 minə yaxın məhkum vaxtından əvvəl cəzadan azad olunub
Bakı və Biləsuvarda transformator yanıb
Mingəçevir Dövlət Universiteti Almaniyanın Siegen Universiteti ilə birgə layihə icra edəcək
Əmlak Məsələləri Dövlət Xidmətinə daha bir səlahiyyət verildi
Ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yeni yolverilən hədləri müəyyən edilib
Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib
ATU-ya yeni prorektor təyin edilib
Azərbaycan İlahiyyat İnstitutuna 2020/2021-ci tədris ili üzrə qəbul planı 100 faiz dolub
TƏBİB-də kadr təyinatı olub
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib (FOTO)
Gənclər ətraf mühitin qorunmasına diqqət çəkiblər (FOTO)
İqtisadiyyat naziri Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olub (FOTO)
Sentyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi yaxın günlərdə aparılacaq
Dövlət Komitəsi: İlin sonunadək məcburi köçkünlər üçün daha 5 yeni qəsəbə istifadəyə veriləcək
“Yüksəliş” müsabiqəsi Azərkosmos ASC-nin sədrinin təqdimatında "Liderlik və özünüidarəetmə" mövzusunda vebinar təşkil edib
Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib
Pandemiya dövrünün tələblərinə əməl etməyən 128 mehmanxana aşkarlanıb (FOTO)
Müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıb
Ehtiyatda olan polkovnik təltif edilib (FOTO)
Rauf Əliyev: Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı tarixi çıxışı Ermənistana böyük zərbədir
YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib (FOTO)
UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar (FOTO)
Rusiya nəşrində Azərbaycan Prezidentinin BMT-də çıxışı barədə material dərc edilib
Bakıda bəzi hotellər fəaliyyət göstərmir - SƏBƏB
Yeni dövrü başlayan Bakı kəndləri: Balaxanıdan sonra sıra bu kəndlərdədir (FOTO)
MilliÖn terminallarında ödəmə problemi - Müştəri vəsaiti necə geri ala bilər?
Sentyabrın 28-də manatın dollara qarşı məzənnəsi
Azərbaycanın ilk fizika-riyaziyyatçı qadın professoru vəfat etdi
Təhsil Nazirliyi direktor olmaq istəyənlərə müraciət edib
Bu halda obyektlərin fəaliyyəti ilə bağlı müəyyən məhdudlaşdırma tədbirləri görülə bilər
Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə ölkə birincisi oldu
Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi və döyüş hazırlığı məşğələləri keçirilir (FOTO/VİDEO)
Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik barədə biliklərini həddindən artıq yüksək qiymətləndirir
Açıq havada toy və yas mərasimlərinin təşkilinə niyə icazə verilmir?- AQTA açıqladı
Xətai rayonunda soyğunçuluq edən şəxs saxlanılıb
Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı (FOTO)
Toyların keçirilməsinə icazə verilərsə, qaydalar necə olacaq? - RƏSMİ AÇIQLAMA
Ermənistanda kənd sakinləri "Qazprom"un əməkdaşlarına hücum edib
Vüqar Rəhimzadə: Bu gün BMT TŞ-nin qətnamələrinin reallaşdırılmasında ikili standartlar mövcuddur
ETSN-in 26 işçisi koronavirusa yoluxub, 1 nəfər ölüb
Baş Prokurorluqda videokonfrans keçirilib
ETSN: Struktur islahatları optimallaşdırma tədbirləri çərçivəsində aparılır
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
Bakının bu rayonlarında içməli suyun verilişində fasilələr olacaq
Kənd Təsərrüfatı naziri Göyçayda nar istehsalçıları ilə onlayn videokonfrans keçirib (FOTO)
Məktəblilərimizin 32-ci Beynəlxalq İnformatika Olimpiadasında uğuru (FOTO)
Bakıda piyada səkisi inşa edilərək sakinlərin istifadəsinə verilib (FOTO)
Daha 13 məktəblidə koronavirus aşkarlandı
Ziyafət Əsgərov: Ermənistan təxribatçı əməlləri ilə regionu ciddi təhlükə qarşısında qoyur
Məhərrəm Əliyev: Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək (MÜSAHİBƏ)
Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi
“Berliner Press” nəşri Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı ümumi debatlarda çıxışı barədə məlumat dərc edib
Fransada bıçaqlı hücum - Yaralılar var
Daha 3 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi (FOTO)
Ölkə üzrə 104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək
İranda 207 nəfər koronavirusdan ölüb
İtaliyalı ekspert: BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icrası üçün mexanizm yaradılmalıdır
AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq
DİM ali məktəblərə boş qalan plan yerləri ilə bağlı müraciət edib
Azərbaycaycanda online satış fırıldaqçılığı - onlara aldanmayın (FOTO)
Bağlanan 4 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb
İpoteka girovlarının qiymətləndirilməsi ilə bağlı müzakirələr aparılıb
Altıağacdakı "Cənnət bağı"nda qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Yunanıstan səfiri ilə görüşüb
Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş
Ceyhun Bayramov: Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən nə qədər tez çıxararsa, bir o qədər tez münaqişə həll ediləcək (FOTO)
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
Qədim şəhərlərin qalıqlarının araşdırılmasındakı problemlər açıqlandı
Deputat: Ermənistanın məqsədi danışıqlar prosesini tamamilə fiaskoya uğratmaqdır
İstixanalar borclarını ödəməyə başlayıb - "Azəriqaz"
Fransanın dövlət borcu rekord həddə çatıb
Romada ictimai nəqliyyat işçilərinin tətili - Şəhərdə hərəkət iflic olub
Deputat: Koronavirus qlobal pandemiya elan olunan ilk gündən Azərbaycanda məhz insanların sağlamlığı önə çəkildi
Sabah 33 dərəcəyədək isti olacaq
Azərbaycan nefti ucuzlaşdı
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 42,5 milyon manat ayrılıb - Sərəncam
Azərbaycan Prezidenti: Ermənistan müharibəyə hazırlaşır
Prezident İlham Əliyev: Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir
Prezident İlham Əliyev: Region daha təhlükəsiz bir məkana çevrilməyib, vəziyyət mənfi məcraya doğru gedir
Təhsil Nazirliyi xaricdə təhsil alan vətəndaşlara müraciət edib
Qazaxıstanlı politoloq: Azərbaycan türkdilli dünyanın qarşılıqlı münasibətlərində vacib halqadır
Suraxanıda 2 əl qumbarası tapılıb (FOTO)
İrandan gizli şəkildə 3 minə yaxın dərman keçirmək istədilər (FOTO/VİDEO)
Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib (FOTO/VİDEO)
Gəncə şəhər Auditor təşkilatının sabiq direktoru həbs edildi
Karantini pozan çay evinin sahibi və müştəriləri cərimələnib
"Torqovı"da tavanı çökmüş bina bərpa edildi
Bütün xəbərlər